EN

Politoloq: Azərbaycan və Türkiyə münasibətlərinə kənar qüvvələrin təsir etmək imkanı yoxdur...

Türkiyə mətbuatında BMT-də Azərbaycan nümayəndəsinin Netanyahuya əl çalması ilə bağlı saxta şəkil dərc ediblər...

Azər Qasımov: “Azərbaycanın İsrail siyasətini Türkiyə ilə əlaqələndirməyin özü məsələyə yanlış yaxınlaşmadır”.

“Türkiyə siyasi isteblişmenti dərin təbəqələşmə halındadır. Bu təbəqələrin dövlətə sadiqliyi məsələsi qrupların maraqları çərçivəsindədir. Onların milli mənsubiyyətində də şübhəli məqamlar çoxdur”.

Bu sözləri politoloq Azər Qasımov Türkiyə mətbuatında Azərbaycanla bağlı yayılan saxta xəbərləri Poliqon-a şərh edərkən qeyd edib

Bir neçə gün əvvəl bəzi Türkiyə mətbuatında BMT-də Azərbaycan nümayəndəsinin Netanyahuya əl çalması ilə bağlı saxta şəkil dərc ediblər. Bela hal artıq bir neçə dəfədir ki, təkrarlanır.

Türkiyənin bəzi islamçı medialarının bu davranışları barədə nə demək olar? AKP elektratına aid olan və anti-Azərbaycan mövqeyindən çıxış edən bu qrupların Türkiyə-Azərbaycan strateji ittifaqına təsir etmək imkanları varmı?

Türkiyə-Azərbaycan münasibətlərini Poliqon-nun əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Azərbaycan və Türkiyənin münasibətlərinə qruplaşmaların maraqları çərçivəsindən yanaşırlar, bəzən bu münasibətlərə qısqanclıqla yanaşırlar, xüsusən də, media sahəsində belədir”.

Azərbaycan və Türkiyə dövlətlərinin münasibətlərinin dərin inteqrasiya halında olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında eyd edib ki, bütün münasibətlər ardıcıl olaraq dialoq şəklində yürüdülür və kənar qüvvələrin buna təsir etmək imkanı yoxdur:

Azərbaycanın İsrail siyasətini Türkiyə ilə əlaqələndirməyin özü məsələyə yanlış yaxınlaşmadır. Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Amma iki müstəqil dövlətdir. İsraillə Azərbaycanı tarixi köklər birləşdirir.

İsrail-Azərbaycan bir-biri ilə strateji əlaqələrlə bağlıdır. Bu əlaqələrin hər hansı səbəbdən pozulması tək iki ölkənin taleyinə yox, yerləşdikləri regionların taleyində güclü kataklizmlər yarada bilər. Azərbaycan İsrailin enerji təminatının əsas təchizçisidir. Eyni zamanda Azərbaycanın silah təminatının, təhlükəsizlik- həm hava müdafiəsi, həm də kəşfiyyat məsələsində İsrailin mühüm rol oynadığı bəllidir.

Bu məsələlər hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir. Odur ki, bu əlaqələrin kəsilməsi hər iki ölkənin dövlət təhlükəsizliyini təhdid edər.

Türkiyə dövləti bu məsələləri yaxşı bilir və buna anlayışla yanaşır. Türkiyə siyasi isteblişmenti dərin təbəqələşmə halındadır. Bu təbəqələrin dövlətə sadiqliyi məsələsi qrupların maraqları çərçivəsindədir. Onların milli mənsubiyyətində də şübhəli məqamlar çoxdur.

Ona görə də, Azərbaycan və Türkiyənin münasibətlərinə qruplaşmaların maraqları çərçivəsindən yanaşırlar, bəzən bu münasibətlərə qısqanclıqla yanaşırlar, xüsusən də, media sahəsində belədir. Hesab edirəm ki, Azərbaycan və Türkiyə dövlətlərinin münasibətləri dərin inteqrasiya halındadır. Bütün münasibətlər ardıcıl olaraq dialoq şəklində yürüdülür və kənar qüvvələrin buna təsir etmək imkanı yoxdur”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
14
poliqon.info

1Sources