Azərbaycan Basketbol Liqasının I turunda bir ilk yaşanıb.
Offsideplus.az xəbər verir ki, "Lənkəran" 2025-26 mövsümünə qələbə ilə başlayıb. Cənub təmsilçisi ilk turda doğma meydanda "Sumqayıt"a 93:82 hesabı ilə qalib gəlib. Bu zəfəri əlamətdar edən məqam isə meydan sahiblərinin Lənkəranda tarixlərinin ilk qələbəsini qazanmaqları olub.
Qeyd edək ki, "Lənkəran" ötən mövsüm doğma azarkeşləri önündə qalibiyyət qazanmamışdı.