EN

Ağ Ev “demokrat” ştatlar üçün 26 milyard dolları dondurub

AzVision.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, qərar Amerika lideri Donlad Trampın siyasi rəqiblərinə təzyiq göstrəmək üçün hökumətin fəaliyyətinin dayandırılmasından istifadə (şatdaun) etmək niyyəti çərçivəsində qəbul olunub.Dondurmaya Nyu-Yorkdakı nəqliyyat layihələri (təxminən 18 milyard dollar), Kaliforniya və İllinoys tatları da daxil olmaqla 16 ştatda (8 milyard dollar) yaşıl enerji təşəbbüsləri daxildir.

Nümayəndələr Palatasında demokratların lideri Hakim Jeffris qərarın minlərlə amerikalını işsiz qoyacağını bildirib. Senatın demokratlar fraksiyasının lideri Çak Şumer isə Trampı“amerikalılardan piyada kimi istifadə etməkdə”günahlandırıb.

Sözsüz ki, respublikaçılar bu ittihamları rədd ediblər.

“Hökumətin yenidən fəaliyyətə başlamasına səs verin və problem aradan qalxacaq”, - respublikaçı senator Con Tyun vurğulayıb.

Nyusom:“Mən azad dünyanın lideriyəm”
Bu arada, Dövlət departamentinin və Ağ Evin internet saytlarında demokratları şattdaunun təşkilində ittiham edən mesajlar peyda olub. Ağ Evin saytında“Demokratlar hökuməti bağladılar”başlığı altında iki ssatlıq geri sayım mesajı yerləşdirilib.

ABŞ hökumətinin fəaliyyətinin dayandırılmasıbüdcə güzəştlərinə gəlinə bilməməsi ilə bağlıdır bağlıdır. Demokratlar “Medicaid” də daxil olmaqla səhiyyə proqramlarının qorunub saxlanmasını və xərclərin 1 trilyon dollar azaldılması barədə qərarın ləğvini tələb edirlər. Lakin respublikaçılar büdcəni səhiyyədən ayırmaqda israrlıdırlar.

Yeri gəlmişkən, bundan əvvəl ABŞ hökumətinin fəaliyyətinin dayandırılması fonunda Kaliforniya ştatının qubernatoru, demokrat Gevin Nyusom özünü“azad dünyanın lideri”elan edib.

Xatırladaq ki, ABŞ tarixində ən uzunmüddətli şatdaun 2018-2019-cu illərdə baş verib və 35 gün davam edib. Buna Meksika ilə sərhəd divarının maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları səbəb olmuşdu.

Sahil İsgəndərov
AzVision.az

Chosen
94
1
azvision.az

2Sources