EN

Coninin daha bir neçə konserti təxirə salındı

Rusiyada məşhurlaşan Azərbaycan əsilli müğənni Coni (Cahid Hüseynli) Türkiyədəki konsertlərini ləğv edib.

Kulis.az xəbər verir ki, sənətçi bu haqda özü məlumat yayıb. O bildirib ki, buna səbəb təşkilatçı olub. Coni təşkilatçının səhhətində problem yarandığını, hazırda xəstəxanaya yerləşdirildiyini vurğulayıb.

"Anlayışınız üçün təşəkkür edirəm. Konsert başqa tarixə salınacaq. Alınan biletlər isə geri qaytarılır" deyə sənətçi bildirib.

Qeyd edək ki, Coni İstanbul və Antalyada konsert verməyi planlaşdırırdı.

Chosen
19
2
kulis.az

3Sources