Amerikalı iş adamı İlon Mask tarixdə sərvəti 500 milyard dollara çatan ilk zəngin adam olub.
News365.az xəbər verir ki, bu barədə "Forbes" jurnalında qeyd olunub.
“Əgər o bu templə davam edərsə, 2033-cü ilin martına qədər dünyanın ilk trilyonçusu ola bilər”, - "Forbes" qeyd edib.
Qeyd edək ki, hazırda Mask Tesla və SpaceX-in baş direktoru, X sosial şəbəkəsinin və Neuralink neyrotexnologiya şirkətinin sahibidir.