Formula 1 üzrə Sinqapur Qran-Prisində yeni sürət limiti tətbiq olunacaq. 

Offsideplus.az xəbər verir ki, Sinqapurda pit-stop zamanı sürət limiti 80 km/saat olacaq. Daha öncə bu rəqəm 60 km/saat idi. Bu isə o deməkdir ki, pit-stop zamanı itirilən vaxt təxmini 29 saniyədən 23 saniyəyə enəcək.

Qeyd edək ki, Sinqapur Qran-Prisində əsas yarış 5 oktyabr saat 16:00-da baş tutacaq.