Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının qərargah rəisi ehtiyata buraxılıb.
"Cebheinfo.az" qaynarinfo-ya istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Penitensiar Xidmətinin Mühafizə Alayının komandir müavini-Qərargah rəisi Vüqar Novruzov həqiqi hərbi xidmətdə olmanın son yaş həddinə çatdığına görə ehtiyata buraxılıb.
Vüqar Novruzov uzun illər Penitensiar Xidmətin mühafizə taborunun komandiri və digər vəzifələrdə çalışıb.
"Cebheinfo.az"