EN

İstanbulda baş verən zəlzələ zamanı 17 nəfər xəsarət alıb - Yenilənib

Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ zamanı 17 nəfər xəsarət alıb...

"Report" xəbər verir ki, bu barədə şəhər valisi Davut Gül məlumat verib.

Onun sözlərinə görə, 14 nəfər bina sakini panikaya düşərək özlərini binadan atdıqları üçün xəsarət alıblar.
Qeyd edək ki, zəlzələ Tekirdağ bölgəsində, Mərmərə dənizi sahilində 6, 7 km dərinliyində 5 maqnituda gücündə baş verib.

***

Türkiyənin İstanbul şəhərində zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Avropa Seysmoloji Mərkəzinin məlumatına əsasən, zəlzələ 5 maqnitudalı olub.
AFAD zəlzələnin Tekirdağ bölgəsində, Mərmərə dənizi sahilində baş verdiyini bildirib.

Dağıntılar barədə hələlik məlumat yoxdur.

Poliqon.info

Chosen
13
7
poliqon.info

10Sources