EN

Fransa millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

style='margin-bottom:10px;'>

Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiya milli komandalarına qarşı keçirəcəyi oyunların heyəti açıqlanıb.

QOL.az xəbər verir ki, baş məşqçi Didye Deşam D qrupu çərçivəsində oktyabrın 10-da Parisdə Azərbaycan, 13-də isə Reykyavikdə İslandiya millisinə qarşı baş tutacaq matçlara 23 futbolçu dəvət edib.

Qapıçılar: Luka Şevalve (PSJ), Mayk Menyan (“Milan”, İtaliya), Bris Samba (“Renn”);

Müdafiəçilər: Luka Din (“Aston Villa”, İngiltərə), Malo Qyusto (“Çelsi”, İngiltərə), Lukas Ernandes (PSJ), Teo Ernandes (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), İbrahima Konate (“Liverpul”, İngiltərə), Jül Kunde (“Barselona”, İspaniya), Vilyam Saliba (“Arsenal”, İngiltərə), Dayo Upamekano (“Bavariya, Almaniya);

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa (“Real”, İspaniya), Manu Kone (“Roma”, İtaliya), Maykl Olise (“Bavariya”, Almaniya), Adrien Rabyo (“Milan”, İtaliya), Kefren Türam (“Yuventus”, İtaliya);

Hücumçular: Manes Akliuş (“Monako”), Bradli Barkola (PSJ), Kinqsli Koman (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı), Uqo Ekitike (“Liverpul”, İngiltərə), Jan-Filipp Mateta (“Kristal Pelas”, İngiltərə), Kilian Mbappe (“Real”, İspaniya), Kristofer Nkunku (“Milan”, İtaliya).

Qeyd edək ki, Fransa - Azərbaycan qarşılaşması oktyabrın 10-da, Bakı vaxtı ilə saat 22:45-də “Park de Prens” stadionunda keçiriləcək.

Chosen
15
22
teleqraf.com

10Sources