EN

Bolt şirkəti kart ödənişindən imtina edən sürücüləri işdən çıxardır? - AÇIQLAMA

Azərbaycanda fəaliyyət göstərən "Bolt" taksi şirkəti ödəniş üsulu kart olan sifarişlərin sürücülər tərəfindən əsassız şəkildə ləğv edilməsinin qarşısını almaq məqsədilə müəyyən tədbirlər görməyə başlayıb. Sosial şəbəkələrdə yayılan paylaşımlara əsasən, şirkət bu cür hallarla bağlı sürücülərə cərimələr tətbiq edir. İddialara görə, kart ödənişli sifarişləri qəbul etdikdən sonra onları ləğv edən sürücülərin hesabına müəyyən məbləğdə cərimə yazılır. Şirkətin bu addımı müştəri məmnuniyyətini artırmaq və platformanın sabit fəaliyyətini təmin etmək məqsədi daşıyır.

Həmçinin paylaşımlarda qeyd edilib ki, sürücülərin balanslarında birdən-birə mənfi məbləğ yaranıb.

Məsələ ilə bağlı "Bolt" taksi şirkətindən bildirilib ki, sürücü tərəfindən səfərin kart ödənişi olduğu üçün ləğv edilməsi qəbulolunmazdır.

Bildirilir ki, bu kimi hallarda sərnişindən tətbiq vasitəsilə şikayət etməsi xahiş olunur: ""Bolt"un dəstək xidməti məsələni araşdırır və təsdiqləndiyi halda, sürücü ilə kommunikasiya qurulur və lazımi tədbirlər görülür".

Qeyd edilib ki, hazırda sürücülərin bank kart sifarişlərini rədd etmək üçün heç bir əsaslı və haqlı səbəbləri yoxdur

Chosen
21
13
aznews.az

6Sources