EN

Fransa və Azərbaycan arasında yeni siyasi mərhələ

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransa Azərbaycan arasında yeni siyasi mərhələAzərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti E. Makaronla nümayəndə heyətlərinin iştirakı ilə görüş görüş keçirdi. İkinci Qarabağ müharibəsindən sonra, Fransa prezidenti ilə belə bir görüş baş tutmamışdı. İki ölkə ilə münasibətlər qırılma nöqtəsinə gəlmişdi. Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlarda irəliləyiş və 8 avqustda sülh mətnin paraflanması Fransanın regional siyasətinə zərbə vurdu. Çünki, Fransa sülhə qarşı idi və Ermənistanı silahlandırirdı. N. Paşinyan Fransanın siyasətinin Ermənistan üçün mənfi nəticələrin olacağından ehtiyat etdiyi üçün eskalasiyanı deyil, Azərbaycanın sülh gündəmini qəbul etdi. Fransa yenidən Azərbaycanla əməkdaşlıq gündəminə qayıdır. Bu, Azərbaycanın siyasi qələbəsidir. Fransa prezidenti E. Makron prezident İlham Əliyevin sülh gündəliyini və regionda siyasi reallıqları qəbul etdi. Məhz bu görüş Azərbaycanın diplomatik qələbəsidir.Bundan sonra, Azərbaycan-Fransa əlaqələrinin yeni mərhələyə keçməsi mümkün görünür.Məhəmməd Əsədullazadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
42
6
newscenter.az

7Sources