EN

Gürcüstana naməlum zəng: Ard arda çağrış edildi, insanlar qorxuya düşdü

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gürcüstan Təhlükəsizlik Xidməti son zamanlarda ölkədə saxta bomba xəbərdarlıqları ilə bağlı Ukraynadan naməlum zənglərin gəldiyini açıqlayıb. Xidmətin rəhbəri Mamuka Mdinaradze bu zənglərin sayının artdığını bildirib. O, məsələni Gürcüstanda gərginlik yaratmaq cəhdi kimi qiymətləndirib.

Ukraynanın bu addımının səbəbi nədir? Niyə məhz Gürcüstan hədəf alınır?

Globalinfo.az-a danışan politoloq Həşim Səhrablı deyib ki, bu cür xəbərlərin yayılmasında Ukrayna hakimiyyətinin birbaşa rolu yoxdur:

“İndiki mərhələdə Ukrayna üçün düşmən deyil, daha çox dost və tərəfdaş qazanmaq prioritet məsələdir. Lakin müharibə və Kiyevin içində olduğu çətinliklər fonunda Ukrayna öz ərazisində yaranan problemləri və artan maliyyə xərclərini təkbaşına həll edə bilmir. Bu isə onu Qərbdən asılı vəziyyətə salır.

Məhz bu kontekstdə Ukrayna ərazisində Qərb dövlətlərinin həm kəşfiyyat, həm də fərdi qruplar şəklində fəaliyyət göstərməsi ehtimalı ortaya çıxır.

Gürcüstan üzərindən yayılan saxta xəbərlərdə Qərb kəşfiyyat orqanlarının əlinin olması mümkündür. Çünki əgər belə proseslər birbaşa Avropa ölkələrinin ərazisində həyata keçirilərsə, bu, Rusiya ilə qarşıdurma riskini artırar. Moskva nəticədə radikal cavab verə bilər”.

Həşim Səhrablı

Politoloqun sözlərinə görə, hazırda Gürcüstanla bağlı yayılan saxta xəbərlər əhalidə təşviş yaratmaq məqsədi daşıyır:

“İnsanlar qorxuya düşərsə, bu, hazırkı Gürcüstan hakimiyyətinin xalqın gözündə nüfuzdan salınmasına və nəticədə növbəti seçkilərdə uduzmasına səbəb ola bilər. Nəticədə isə Tbilisidə yenidən Qərbyönümlü hökumətin iqtidara gəlməsi mümkün olar.

Rusiya da bütün bu proseslərin fərqindədir”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
globalinfo.az

1Sources