EN

İsrail gəmilərinin Türkiyə limanlarına girişinə qadağaQOYULDU

2 may 2024-cü ildən etibarən Türkiyə İsraillə bütün ixrac, idxal və tranzit ticarətini dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin Türkiyədən İsrailə ticarət gəmilərinin üzməsinə dair yayılan xəbərlərə dair açıqlamasında bildirilib.

Açıqlamada qeyd olub ki, İsrail bayrağı altında üzən və ya İsrailə bağlı gəmilərin Türkiyə limanlarına girişinə qadağa qoyulub.

“Bundan başqa, İsrailə hərbi yük daşıyan xarici gəmilərə də limanlara yan almağa icazə verilmir. Yalnız Fələstinə yardım apardığını rəsmi şəkildə sübut edən və İsrailə məxsus yük daşımadığını bəyan edən gəmilər Türkiyə limanlarına buraxılır”, - açıqlamada qeyd olunub

Chosen
12
8
redaktor.az

10Sources