EN

Ölkəni heyrətə gətirən ifşa: İnsanları belə aldadıblar Detallar

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda bəzi ictimai birliklərin rəhbərləri saxta orden və medallar hazırlayıb satmaqda ittiham olunaraq saxlanılıblar. Bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri özündə əks etdirən 1500-dən çox medal və ordenlər, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhürlər və digər saxta predmetlər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Belə “təltifləri” kimlər alır və buna necə inanırlar? Orden və medallar nəyə görə lazımdır?

Globalinfo.az-a danışan araşdırmaçı-yazar Əkbər Qoşalı deyib ki, saxta orden və medal almaq təkcə kriminal hadisə deyil, həm də cəmiyyətin mənəvi xəstəliyinin təzahürüdür:

“Orden və medal sadəcə metal parçası yox, dövlətin, millətin tarixdə qoyduğu imzanın, xalqın yaddaşında qazandığı etimadın rəmzidir. Çox vaxt öz həyatında əhəmiyyətli iş görməyən, lakin “hörmətli və nüfuzlu” görünmək istəyənlər bu cür saxta təltiflərə maraq göstərir. Onlar “filan ordenli” kimi təqdim olunmaqla cəmiyyət qarşısında saxta dəyər qazanmağa çalışırlar. Bu, əslində mənəvi boşluğun maddi qarşılığıdır. Təəssüf ki, biz bəzən mahiyyətdən çox formaya dəyər veririk. Yaxasında parlaq medal olan şəxsin “böyük işlər” gördüyü təəssüratı yarana bilər. Məhz bu düşüncə saxta təltiflərin yayılmasına şərait yaradır”.

Əkbər Qoşalı 

Araşdırmaçı qeyd edib ki, yüksək amal və həqiqi xidmət yoxdursa, heç bir orden insana sanbal gətirmir:

“Pul verib medal alan və onu sinəsinə taxanlar, əslində, yalnız özlərini deyil, ictimai güvəni də zədələyirlər. Belə halların qarşısını almağın yolu sadədir: mahiyyətə qiymət vermək, forma və səs-küylü görüntülərə aldanmamaq. Həqiqi hörmət insanın əməlindədir, yaxasındakı saxta metalda deyil”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
36
globalinfo.az

1Sources