BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Albaniyanın Baş naziri Edi Rama: "Sən gərək bizdən üzr istəyəsən. Çünki Prezident Trampın Albaniya ilə Azərbaycan arasında qayırdığı sülh razılaşmasına görə bizi təbrik etməmisən"
Fransa Prezidenti Emmanuel Makron: "Bağışla, Rama"
Edi Rama: "O çox zəhmət çəkib, əziyyətə qatlaşıb"
Albaniyanın Baş naziri Edi Rama ilə Fransa Prezidenti Emmanuel Makron arasındakı bu ayağüstü zarafat Danimarkada, Avropa Siyasi Birliyinin toplantısı zamanı baş tutub.
İlham Əliyev də orada olub.
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bundan əvvəl bir neçə dəfə Albaniya ilə Azərbaycan arasında sülhə nail olduğunu bəyan edib.
O, Ermənistanla Albaniyanı səhv salıb, çünki avqust ayında məhz Trampın vasitəçiliyi ilə Ağ Evdə İlham Əliyev və Nikol Paşinyan sülh prosesini təsdiqləyən bəyannaməni imzalayıblar.
Videoya YouTube kanalımızda baxın.