Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski "Avropa Siyasi Birliyi"nin Kopenhagendə keçirilən 7-ci sammiti çərçivəsində Avropa İttifaqı (Aİ) Şurasının sədri Antoniu Koşta, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Danimarkanın Baş naziri Mette Fredreksonla danışıqlar aparıb.
"Report" xəbər verir ki, V.Zelenski bu barədə "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Ukraynanın Avropaya inteqrasiyası məsələsi, "Dron divarı" təşəbbüsü və digər mövzular müzakirə edilib.
"Biz Ukraynanın Avropaya inteqrasiyasına dəstək göstərilməsini və Moldova ilə birlikdə ilk klasterin açılmasını, "Dron divarı" təşəbbüsünü müzakirə etdik, Ukraynaya dəstək üçün Rusiyanın dondurulmuş aktivlərinin və yeni maliyyə alətlərinin istifadəsi ilə bağlı təcrübəmizi bölüşdük, eləcə də Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin qəbul edilməsinin vacibliyini vurğuladıq", - o qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.