EN

Gümüşün qiyməti 14 ildən sonra ilk dəfə bu həddə çatdı

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi - red.) 2025-ci ilin dekabr ayı üzrə gümüş füçerslərinin qiyməti 2011-ci il mayın 2-dən bəri ilk dəfə 1 Trua unsiyası üçün 48 dollardan yuxarı olub.

"Ölkə.az" xəbər verir ki, bunu ticarət platformasının məlumatları göstərir.

Bakı vaxtı ilə saat 17:12-yə olan məlumata görə, gümüşün qiyməti 1.45% artaraq 1 Trua unsiyası üçün 48.01 dollar təşkil edib.

Eyni zamanda, "Comex" birjasında qızıl füçerslərinin qiyməti 3 917.9 dollar (+0.68%) səviyyəsində olub.(oxu.az)

Chosen
14
7
olke.az

10Sources