EN

"Milan"ın sabiq baş məşqçisi Səudiyyə Ərəbistanına yollanır

Serjiu Konseysau Səudiyyə Ərəbistanında çalışa bilər.

Sportal.az xəbər verir ki, "Əl-İttihad" portuqaliyalı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Konseysau ərəblərin təklifini qəbul edib. Təyinatın yaxın zamanda rəsmiləşəcəyi bildirilir.

Qeyd edək ki, Serjiu Konseysaunun son iş yeri "Milan" olub. 50 yaşlı məşqçi ötən mövsümün sonunda İtaliya klubundan ayrılıb. "Əl-İttihad" isə Loran Blanı istefaya göndərib.

saytlarin hazirlanmasi

Chosen
7
1
sportal.az

2Sources