BAKI, 2 oktyabr. TELEQRAF
Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol komandası III MDB Oyunları çərçivəsində növbəti matçını keçirib.
Teleqraf xəbər verir ki, milli komanda Gəncə İdman Sarayında Özbəkistan seçməsi ilə qarşılaşıb.
Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər oyununda Belarus Qırğızıstana 3:1 hesabı ilə qalib gəlib.