İsrailin Qəzzaya humanitar yardım aparan Qlobal Sumud Donanmasına hücumu zamanı Təl-Əviv hökuməti tərəfindən saxlanılan türk fəalların sayı 48-ə çatıb.
Apa-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Qlobal Sumud Donanmasının Türkiyə Nümayəndəliyi məlumat yayıb.
Nümayəndəlikdən paylaşılan siyahıda saxlanılan şəxslərin adları, mindikləri gəmi və qayıqların adları da açıqlanıb.