EN

İsrail gəmilərinin Türkiyə limanlarına girişinə qadağa qoyulub

Türkiyə 2014-cü il mayın 2‑dək İsraillə bütün ixrac, idxal və tranzit ticarətini dayandırıb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilir ki, İsrail bayrağı altında üzən və ya İsrailə bağlı gəmilərin Türkiyə limanlarına girişinə qadağa qoyulub.

Açıqlamada əlavə olunur ki, İsrailə hərbi yük daşıyan xarici gəmilərə də limanlara yanaşmağa icazə verilmir. Yalnız Fələstinə yardım aparıldığını rəsmi şəkildə sübut edən və İsrailə məxsus yük daşımadığını bəyan edən gəmilər Türkiyə limanlarına buraxılır.

Chosen
18
9
anews.az

10Sources