EN

"Yayılan videoma görə oğlum mənimlə dalaşdı" - Fatimə

"Bu yaxınlarda oğlum Hüseynlə xoşa gəlməz hadisə yaşadıq. Müğənni Elvin Babazadənin ad günündə o oxuyurdu, mən rəqs edirdim. Elvin məni fırlatdı, bütün sosial şəbəkələrdə paylaşıldı.Elə şərhlər yazıldı ki, övladlarıma pis təsir etdi".

Bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Gün ortası" proqramında deyib. O bildirib ki, sosial şəbəkədə yayılan videosuna görə oğlu Hüseyn dalaşıb:

"Otağa girdim ki, oğlumun otağında bütün şəkillər, aksesuarlar sınıb. Ona söz verirəm ki, daha rəqs etməyəcəm. Ananız başıaşağı hərəkət etməyib. Zəhmətimlə, əziyyətimlə nələr qazanmışam: yaşadığım ev, sürüdüyüm maşın...

Məclisdə oynaya, əylənə bilərik. Onlara yazılan şərhləri görən övladlarımız stres yaşayırlar. Oğlumun keçid yaşıdır, psixologiyasında travma yaradır. Bundan sonra məclislərdə rəqs etsəm də, sakit rəqs edəcəm".

Qeyd edək ki, Fatimənin iki övladı, iki nəvəsi var.

 

Musavat.com

Chosen
5
20
hurriyyet.az

10Sources