Hazırda Qəzza zolağında 14-dən az xəstəxana fəaliyyət göstərir və onların heç biri tam fəaliyyət göstərmir.
APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin əraziləri üzrə nümayəndəsi Rik Piperkorn deyib.
"Hazırda 14-dən az, mən hesab edirəm ki, 36 xəstəxanadan 12 və ya 13-ü qismən fəaliyyət göstərir. ÜST-ün səylərinə baxmayaraq, onların heç biri tam işlək vəziyyətdə deyil", - o bildirib.