EN

Azərbaycanın xarici siyasəti çox güclüdür

Azərbaycanın xarici siyasəti çox güclüdür. Təkcə inkişaf etməkdə olan ölkələrlə deyil, dünyanın lider dövlətləri ilə də çox yaxşı əlaqələri var.

“İki sahil” xəbər verir ki, bunu "Report"un ABŞ bürosuna Venesuelanın Xarici İşlər naziri İvan Xil Pinto deyib.

XİN başçısı bildirib ki, Venesuela Ermənistan-Azərbaycan münaqişəsində beynəlxalq sferada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:

"Venesuela Prezidenti sülhə sadiqdir. Sülh bütün dünyada vacibdir. Ermənistan və Azərbaycan arasında sülh sazişinə görə çox şadıq. Biz beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini dəstəkləmişik, Azərbaycanın sülh çağırışlarına dəstək vermişik. İndi Azərbaycan və Ermənistan arasında danışıqların irəliləməsi üçün dəstəyimiz davam edir. Bu, doğru yoldur. Bu, regionda inkişafı qurmaq, sülhü möhkəmləndirmək üçün yeganə yoldur".

Nazir Venesuela ilə Azərbaycan arasında ikili münasibətlərdən də söz açıb: "Azərbaycanla çox yaxşı münasibətlərimiz var. Azərbaycan gözəl ölkədir, dost ölkədir. Onlar bir çox sahələrdə inkişaf edirlər və dünya bunu açıq şəkildə görür. Biz münasibətlərimizi, ikitərəfli əlaqələrimizi gücləndiririk və Azərbaycan hökuməti ilə münasibətlərimiz əladır. Ölkələrimiz enerji, ticarət, turizm, kənd təsərrüfatı sahələrində Azərbaycan hökuməti ilə eksklüziv layihələr həyata keçirir, çox yaxın əməkdaşlıq edirik. Bir neçə Anlaşma Memorandumu da imzalamışıq. Bu münasibətlərdən çox məmnunuq. BMT-də Azərbaycanın rəhbərlik etdiyi bir çox layihələrdə, xüsusilə Qoşulmama Hərəkatı və COP29 sədrliyində öz dəstəyimizi vermişik".

Chosen
13
2
ikisahil.az

3Sources