EN

DÇ-2026 final mərhələsinin oyunları üçün biletlərin qiymətləri açıqlanıb

2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün biletlərin qiymətləri açıqlanıb.Bu barədə "The Athletic" nəşri xəbər verir.

FIFA dörd bilet kateqoriyasını təsdiqləyib.

Final üçün 1-ci kateqoriya biletlərin qiyməti 6 370 dollar, 2-ci kateqoriya biletləri 4 210 dollar, 3-cü kateqoriya biletləri 2 790 dollar, 4-cü kateqoriya biletləri isə 2 030 dollardır.

Qrup mərhələsinin oyunları üçün minimum qiymət 60 dollardır, lakin bu, ev sahibi komandaların iştirak etdiyi matçlara şamil edilmir. ABŞ-nin qrup mərhələsindəki ilk oyununa biletlərin qiyməti 560-2 735 dollar arasında dəyişir.

Dörddəbir final oyunları üçün biletləri 275-1 690 dollar, yarımfinal matçları üçün biletləri 420-2 780 dollar, üçüncü yer uğrunda qarşılaşmanın biletləri isə 165-1 000 dollara almaq mümkün olacaq.

2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.

Chosen
8
7
anews.az

10Sources