EN

Qılınca görə direktor işdən çıxarıldı

ABŞ-də kuryoz hadisə baş verib.

News24.az CBS telekanalına istinadən xəbər verir ki, Kanzas ştatındakı Duayt Eyzenhauer adına Prezident Kitabxanasının direktoru Todd Arrinqton ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniyaya istədiyi qılıncı vermədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

Məlumata görə, Dövlət Departamenti Donald Trampın Böyük Britaniyaya dövlət səfəri zamanı kral III Çarlza hədiyyə olaraq Eyzenhauerə məxsus qılıncın təqdim edilməsini istəyib. Hədiyyənin seçiminin isə Melaniya Tramp tərəfindən edildiyi bildirilir. Lakin Arrinqton tarixi artefaktın muzey kolleksiyasından çıxarılmasına razılıq verməyib. Nəticədə onun istefası rəsmiləşdirilib.

Rəsmi açıqlamalarda Ağ Evin qərara birbaşa təsirinin olmadığı qeyd olunub.


Chosen
56
8
news24.az

9Sources