EN

Ukrayna bu ölkə ilə diplomatik əlaqələri kəsdi

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ukrayna Nikaraqua Respublikası ilə diplomatik əlaqələri rəsmən dayandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Andriy Sibiqa məlumat verib.

Qərar Nikaraquanın Rusiyanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətləri, həmçinin Krım üzərində qondarma “suverenliyini” tanımasına cavab olaraq qəbul edilib.

Sybiqa vurğulayıb ki, Kiyev bu addımı beynəlxalq hüququn, Ukrayna Konstitusiyasının və BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirir. Onun sözlərinə görə, Nikaraquanın işğal olunmuş Krımda “fəxri konsulluq” açması təcavüzkar dövlətin siyasi tərəfini tutmaq və Ukrayna torpaqlarının zorakılıqla ələ keçirilməsini qanuniləşdirmək cəhdidir.

Nazir qeyd edib ki, belə “tanınma” heç bir hüquqi qüvvəyə malik deyil və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişməyəcək. Kiyev onun suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək cəhdlərinə qətiyyətlə cavab vermək niyyətindədir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
globalinfo.az

1Sources