EN

Əməliyyat zamanı qeyri etik hərəkətlər edən həkim yenidən gündəmə gəldi VİDEO

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Sosial şəbəkələrdə saxta həkim olduğu iddia edilən, "Uğur-777” estetik klinikasında gerçəkləşdirdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlaması ilə bağlı video yayılıb.

"Unikal" Xezerxeber.az-a istinadən xəbər verir ki, görüntülərdə pasiyent klinikaya gəlir, həkimlə görüşür, liposaksiya və buxaq əməliyyatı olunmaq istədiyini dilə gətirir. Sosial platforma üzərindən açdığı səhifələrdə "Dr Gülü " kimi tanınan estetik həkim Gülbadə  Abdulayeva ilə yeni ünvandaca görüşür.

Gülbadə Abdullayeva "Dost" estetik mərkəzində çalışdığını təsdiqləsə də, cərrah kimi fəaliyyətə hələ başlamadığını dedi.

Adının Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində olmadığı halda necə fəaliyyət göstərədiyinə gəlincə, Gülbadə Abdullayeva diplomunun tanınması üçün artıq müraciət etdiyini dedi.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbadə Əlqismət qızının adı tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.

O da bildirib ki "Dost Estetik Mərkəzi" tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur. Bu mərkəzin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
8
unikal.az

10Sources