EN

“Mancesterdə sinaqoqa hücum: iki nəfər ölüb, polis hadisəni terror aktı kimi tanıyıb“ “Sky News“

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Yom-Kippur bayramı günündə hücumçu avtomobillə insanları vurub, sonra bıçaqla hücum edib..."

Böyük Britaniyanın Mançester şəhərində Yom-Kippur bayramı zamanı "Heaton Park" sinaqoqunun həyətində qanlı hücum baş verib. 

Moderator.az xəbər verir ki, bu barədə "Sky News" nəşri məlumat yayıb.

Şahidlərin sözlərinə görə, naməlum şəxs əvvəlcə avtomobili ilə sinaqoqun mühafizəçisini vurub, sonra bıçaqla insanlara hücum edib. Onun üzərində partlayıcı qurğuya bənzər gödəkçə də olub. Hücum nəticəsində iki nəfər həlak olub, azı üç nəfər yaralanıb. Polis hadisəni terror aktı kimi təsnif edib.

Hücumun detalları

Hadisə səhər saatlarında, ibadətin gedişində baş verib. Yüzlərlə insan Yom-Kippur münasibətilə sinaqoqa toplaşıb. Hücumçu əvvəlcə qara rəngli "Kia" markalı avtomobillə sinaqoqun qapısında dayanan mühafizəçini vurub. Ardınca maşından düşərək ona və yaxınlıqdakı insanlara bıçaqla zərbələr endirib.

Şahidlər bildirib ki, hücumçu sinaqoqa daxil olmağa cəhd göstərib, lakin qapılar içəridən bağlandığı üçün buna nail ola bilməyib. Bir neçə dəqiqədən sonra hadisə yerinə silahlı polis dəstələri gəlib və cəmi altı-yeddi dəqiqə ərzində şübhəlini zərərsizləşdirib. Silahlı qarşıdurmadan sonra hücumçu yerindəcə ölüb.

Polis və hökumətin reaksiyası

Bölgədə antiterror əməliyyatı başlayıb, əraziyə xüsusi təyinatlılar və partlayıcıların zərərsizləşdirilməsi qrupları cəlb olunub. Polis hadisəni rəsmi şəkildə terror aktı elan edib. Hadisə ilə bağlı iki nəfər də şübhəli qismində saxlanılıb.

Mançester polisinin rəisi Stiven Uotsonun sözlərinə görə, hücum zamanı sinaqoqda çox sayda insan olub, lakin təhlükəsizlik xidmətinin və polis qüvvələrinin sürətli reaksiyası sayəsində hücumçu içəri daxil ola bilməyib.

Böyük Britaniyanın baş naziri Kir Starmer hadisə baş verən vaxt Danimarkada olub, xəbəri alan kimi təcili Londona qayıdıb. O, fövqəladə vəziyyətlə bağlı hökumətin "Kobra" komitəsinə rəhbərlik edəcəyini və ölkə boyu bütün sinqoqlarda təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.

Yəhudi icmasının narahatlığı

Hadisə Böyük Britaniyada yəhudi icmasını ciddi şəkildə sarsıdıb. Mançester yəhudiləri ölkənin ən böyük icmalarından biridir. Son illərdə antisemit hadisələrin artması fonunda təhlükəsizlik tədbirləri gücləndirilsə də, bu hücum icma üzvlərində yeni qorxular yaradıb.

Yom-Kippur günü baş vermiş bu faciə bütün dini mərasimlərin ləğv olunmasına səbəb olub. İcma liderləri və polis insanlara yaxın günlərdə sinqoqlarda toplaşmamağı tövsiyə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
1
moderator.az

2Sources