EN

Azərbaycanla oyuna yeni oyunçular çağıracaq - Didye Deşam

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiya ilə qarşılaşacaq Fransa yığmasının heyətində dəyişikliklər olacaq.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Didye Deşam oktyabrın 2-də açıqlayacağı heyətə yeni adlar əlavə edəcək.

Fransızları xüsusən də hücum xəttindəki itkilər narahat edir. Belə ki, Usman Dembele və Desire Due zədə səbəbindən heyətdə olmayacaqlar.

Həmçinin zədəsini yenicə sağaldan Rayan Şerkinin də iştirakı sual altındadır. Randal Kolo Muani klubunda az oyun şansı əldə etdiyindən, onun milliyə çağırılmaq ehtimalı azdır.

Yaranmış boşluq Uqo Ekitike və ya Kinqsli Komana fürsət yarada bilər. Baş məşqçinin sürpirizinin isə “Lans”da mövsümə uğurlu start götürən Florian Tovenin olması gözlənilir. O, 2019-cu ildən bəri yığmaya dəvət edilmir.

Fransa yığması oktyabrın 10-da Azərbaycan, 13-də İslandiya millisi ilə qarşılaşacaq.

Chosen
13
sportinfo.az

1Sources