EN

Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ - 15 oktyabrda...

Azərbaycanın müxtəlif bölgələrində bələdiyyə torpaqları satışa və icarəyə çıxarılıb.

BAKU.WS-in məlumatına görə, torpaq müsabiqə və hərracları 15 oktyabrda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək.

Ərizələrin qəbulu artıq başlayıb. Bu dəfə torpaqların siyahısı olduqca maraqlıdır – həm kiçik ölçülü fərdi yaşayış sahələri, həm də iri kənd təsərrüfatı torpaqları hərrac masasına çıxarılıb.

Torpaq sahələrinin bir qismini təqim edirik:

Sumqayıt – 50 kv.m torpaq sahəsi 15 illik icarəyə verilir. İlkin qiymət 302,5 manat, aylıq ödəniş isə cəmi 11 manat. Bu ərazidə sahibkarlıq fəaliyyəti üçün imkan yaranacaq.

Abşeron (Novxanı) – 285 kv.m torpaq fərdi yaşayış evi tikintisi üçün satılır. Normativ qiymət 256,5 manat, ilkin satış dəyəri isə 7125 manat müəyyənləşdirilib.

Saatlı – 300 kv.m torpaq 15 illik icarəyə çıxarılır. İlkin icarə haqqı 900 manat, hərrac addımı isə 90 manatdır.

Sabirabad – kənd təsərrüfatı üçün böyük torpaqlar təklif olunur.

Qaratəpə kəndində 2,81 ha – ilkin qiymət 337 manat,

Nizami kəndində 3,16 ha – ilkin qiymət 569 manat,

Qalağayın kəndində isə tam 7 ha torpaq – cəmi 1050 manata icarəyə veriləcək.

Zərdab – həm kiçik, həm də iri sahələr diqqət çəkir. Salahlı kəndində 1 ha torpaq 10 illik icarəyə cəmi 120 manata, Körpükənddə isə 3,5 ha torpaq 15 illik icarəyə 420 manata hərraca çıxarılıb.

Göyçay – şəhər mərkəzində 200 kv.m torpaq fərdi ev tikintisi üçün satılacaq. İlkin satış qiyməti 3730 manatdır.

Ağdam (Quzanlı qəsəbəsi) – kənd təsərrüfatı üçün iri torpaqlar təklif olunur.

4,87 ha torpaq 20 illik icarəyə 1461 manata,

3,01 ha torpaq isə 903 manata veriləcək.

Quba (Alpan kəndi) – 4500 kv.m torpaq kənd təsərrüfatı məqsədilə 20 illik icarəyə çıxarılıb. İlkin qiymət cəmi 50 manat, hərrac addımı isə 5 manatdır.

Qəbələ (şəhər mərkəzi) – 75 kv.m fərdi yaşayış sahəsi üçün torpaq satışa çıxarılır. İlkin qiymət 2175 manatdır.

Cəlilabad və Biləsuvar – kənd təsərrüfatı üçün icarəyə verilən torpaqlar arasında ən böyüklərindən biri Cəlilabadın Uzuntəpə kəndindədir – 4,48 ha torpaq 15 illik icarəyə 830 manata veriləcək.

Chosen
12
1
far.az

2Sources