EN

"Məncə,o, kapitan ola bilər" - Ançelotti

Karlo Ançelotti hesab edir ki, Kasemiro Braziliya yığmasının kapitanı roluna uyğundur.

Sportal.az xəbər verir ki, Braziliya millisinin baş məşqçisi öz açıqlamasında bunları qeyd edib:

"Kasemiro hamının hörmət etdiyi nümunəvi oyunçudur. Onun bu komandanın lideri olmaq üçün həm təcrübəsi, həm də xarakteri var. Məncə, o, kapitan ola bilər, amma bununla razı olub-olmadığını bilmirəm. O, yüksək səviyyənin tələblərini yaxşı bilir, çətinliklərin öhdəsindən gəlməyi və komanda yoldaşlarını motivasiya etməyi bacarır.

Kapitan olmaq sadəcə qolbağı taxmaq deyil. Bu, hər gün həm meydanda, həm də ondan kənarda nümunə göstərmək deməkdir. Kasemiro bunu təbii şəkildə edir".

saytlarin hazirlanmasi

Chosen
12
1
sportal.az

2Sources