EN

Putin: NATO iki dəfə Rusiyanı rədd etdi

Rusiya iki dəfə NATO-ya üzvlüyə hazır olduğunu bəyan edib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında deyib.

“Ümumi təhlükəsizlik məkanı yaratmağa çalışan ölkəmiz iki dəfə NATO-ya qoşulmağa hazır olduğunu bəyan edib: birinci dəfə 1954-cü ildə, ikinci dəfə ABŞ prezidenti Bill Klintonun prezidentliyi dövründə (1993-cü ildən 2001-ci ilə qədər -red.) onun Moskva səfəri zamanı bu barədə danışmışdım”, – Putin bildirib.

Onun sözlərinə görə, Rusiya Qərb tərəfdaşları ilə birgə işləməyə hazır idi, lakin onlar öz stereotiplərindən əl çəkmək istəmirdilər:

“Biz birlikdə işləməyə, təhlükəsizlik və qlobal sabitlik sahəsində addımlar atmağa hazır idik, lakin qərbli həmkarlarımız özlərini geosiyasi və tarixi stereotiplərin əsarətindən xilas etmək istəmirdilər”.

Chosen
11
2
axar.az

3Sources