EN

Fərid Qayıbov: Xankəndi stadionu UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq  

Xankəndi stadionu UEFA-nın 3-cü kateqoriya standartlarına uyğun olacaq. Burada beynəlxalq əhəmiyyətli oyunlar da keçiriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Xankəndidə jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, iki il əvvəl dekabrın 21-də Xankəndi stadionunda futbol oyunu keçirilib. Bundan sonra stadionda rekonstruksiya işlərinə başlanılıb. İşlərin gələn ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulur.

“Ötən il dekabrın 21-də Xankəndidə badminton üzrə Azərbaycan çempionatı da keçirilmişdi. Bu isə ilk beynəlxalq yarışdır. Çox qürurluyuq. Biz iki il ərzində artıq Xankəndidə beynəlxalq yarış keçiririk”, - deyə nazir əlavə edib.

Chosen
18
13
azerbaijan-news.az

10Sources