EN

İran Prezidenti paytaxtın dəyişməsindəndanışdı

İran Prezidenti Məsud Pezeşkian investorlar və iqtisadi fəallarla görüşündə Tehranın paytaxt statusunun saxlanmasının seçim yox, zərurət olduğunu bildirib.

Redaktor.az IRNA-ya istinadla xəbər verir ki, o, bu barədə İranın Ali rəhbəri Seyid Əli Xamenei ilə görüşünü şərh edərkən deyib.

“Görüş zamanı mən təklif etdim ki, paytaxtı Fars körfəzinə köçürək. Bu məsələ medianın gündəminə gəldikdən sonra bəziləri bunu tənqid etdi, amma bu gün problemləri gördükdə anlayırıq ki, bu, seçim deyil, öhdəlikdir”, – deyə o əlavə edib.

O, həmçinin söyləyib ki, hökumət həm səlahiyyət, həm də dəstək baxımından vilayətlərdə bu təşəbbüsləri reallaşdırmaq üçün bütün tədbirləri görəcək:

“Biz səlahiyyətləri bölgələrə ötürməyə qərar verdik ki, bir neçə nəfər Tehranda oturub bütün ölkə üzrə qərarlar qəbul etməsin. Səlahiyyətlər konkret məsələ ilə əlaqəli bölgəyə verilməlidir”.

Chosen
14
4
redaktor.az

5Sources