EN

“Fənərbağça” Avropa Liqasında ilk qələbəsini qazandı

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin “Fənərbağça” klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Axar.az xəbər verir ki, Domenik Tedeskonun rəhbərlik etdiyi kollektiv əsas mərhələnin II turunda doğma meydanında Fransanın “Nitsa” komandası ilə qarşılaşıb.

Görüş “Fənərbağça”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İstanbul təmsilçisinin hər iki qolunu Kərəm Aktürkoğlu vurub (3 və 25-ci dəqiqələr). Qonaqlardan isə 37-ci dəqiqədə penaltidən Kevin fərqlənib.

Bununla da “sarı-lacivərd”lər turnirdə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, “Fənərbağça” UEFA Avropa Liqasında növbəti matçını Almaniya “Ştuttqartın”a qarşı keçirəcək. Görüş 23 oktyabrda, İstanbulda təşkil olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
30
4
axar.az

5Sources