EN

Səbinə Ərəbli Bakıdan Xankəndiyə köçməsinin səbəbini açıqladı


Müğənni Səbinə Ərəbli Bakıdan Xankəndiyə köçməsinin səbəblərini açıqlayıb.
Xanəndə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Xankəndidə yaşamağı öz istəyi ilə olub:
"Qarabağ Universitetində dərs deməyi məsləhət bildilər. Açığı, özüm də orada işləməyi arzulayırdım. Ona görə fikirləşdim ki, bu təklifi əldən verməyim. Burdakı işlərimiz, fəaliyyətimiz Bakıdakıdan daha yaxşıdır. Arada Bakıya da gəlirik, dəvət olunan bütün tədbirlərə qatılırıq. Xankəndidə tez-tez konsert layihələrində iştirak edirik. Dostlarımızdan prorektor Səbuhi İbayev, Firuz Səxavət, Ehtiram Hüseynov, Anar Şuşalı və s. buradadır".
Səbinə Ərəbli əslən ağdamlı olduğunu bildirib:
"Xankəndidə evimiz var, hər bir şəraitlə təmin olunmuşuq. Bakıda həyat necədirsə, burada da elədir. İş, ev, yaradıcılıq, səhnə və s. Bir sözlə, artıq hamımız bura öyrəşmişik”.

Bahar Rüstəmli

Chosen
13
2
gender.az

3Sources