EN

Putin ƏSƏBİLƏŞDİ: “Məni I Aleksandrla müqayisə etmək olmaz” - VİDEO

Rusiya prezidenti Vladimir Putin özünü rus imperatoru I Aleksandrla müqayisə etməkdən imtina edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, XXII illik Valday Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bildirib.

Rusiya dövlət başçısının sözlərinə görə, onu imperatorla müqayisə etmək olmaz, çünki I Aleksandrın əksinə, o, xalqın iradəsi ilə seçilib və “müəyyən müddətə” vəzifəyə gəlib.

“I Aleksandr imperator idi, mən isə xalq tərəfindən seçilmiş prezidentəm. Bu, böyük fərqdir. İkincisi, I Aleksandr Avropanı güc yolu ilə birləşdirirdi”, — Putin xatırladıb.


Bizim.Media

Chosen
23
bizim.media

1Sources