Rusiya Amerika bazarının sabit nüvə yanacağı tədarükçüsü olaraq qalır. Musavat.com xəbər verir ki, bunu prezident Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun sessiyasında iştirakçıların suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, 2024-cü ildə tədarük 800 milyon dollardan bir qədər az olub, 2025-ci ildə onun təqribən 1,2 milyard dollara qədər artacağı gözlənilir. Mövcud sifarişlərə əsasən, 2026-cı il üçün proqnoz 800 milyon dollardan çoxdur.
Prezident qeyd edib ki, Rusiya təqribən 25 faiz payla ABŞ bazarına uran tədarük həcminə görə ikincidir: "Amerikalılar bizim uranı sərfəli olduğu üçün alırlar. Onlar bunu etməkdə haqlıdırlar. Biz bu tədarükləri etibarlı və dayanıqlı şəkildə davam etdirməyə hazırıq".
ABŞ daha əvvəl Rusiya uranının alınmasına (2027-ci ilə qədər) məhdudiyyətlər qoyub və 2028-ci ildən etibarən Rusiya uran məhsullarının idxalına qadağa qoyulacağı gözlənilir.
Buna cavab olaraq Moskva zənginləşdirilmiş uranın ABŞ-a ixracına müvəqqəti məhdudiyyətlər qoyub. Bu məhdudiyyətlər zənginləşdirilmiş uranın ABŞ-a ixracına və ya Birləşmiş Ştatlarda qeydiyyatdan keçmiş qurumlarla bağlanmış xarici ticarət müqavilələrinə əsasən tətbiq edilir. Bununla belə, məhdudiyyətlərə bir istisna daxildir: tədarüklərə Texniki və İxrac Nəzarəti Federal Xidməti tərəfindən verilən birdəfəlik lisenziyalar əsasında icazə verilir.
Rosatom ÅŸirkÉ™tlÉ™ri tÉ™rÉ™findÉ™n uran istehsalı 2024-cü ildÉ™ 1 faiz artaraq 2738 tona çatıb. Atomenergoprom-un (Rosatomun bir hissÉ™si) 2024-cü il hesabatında qeyd olunur ki, 2024-cü ildÉ™ mövcud müqavilÉ™lÉ™r üzrÉ™ bütün öhdÉ™liklÉ™r tam yerinÉ™ yetirilib – uran mÉ™hsulları 13 ölkÉ™dÉ™ki 26 müştÉ™riyÉ™ çatdırılıb.
(Müsavat)