ain.az, 525.az portalına istinadən məlumat yayır.
İtaliyalı arxeoloqlar İsveçrənin Monte-San-Corco bölgəsində aparılan arxeoloji qazıntılar zamanı Lariozavrın (Lariosaurus valceresii) tam skeletini aşkarlayıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər skeletin 240 milyon il əvvəl yaşamış dinozavra məxsus olduğunu bildirirlər.
Tapıntını daha maraqlı edən skeletin bəzi yerlərində dəri qatının qalmasıdır. Məhz bunun sayəsində alimlər müəyyən ediblər ki, Lariozavrın ayaq barmaqlarının arasında pərdə olub. Bu isə dinozavrların quyruğu ilə deyil, həm də ayaqları vasitəsilə üzmələrinə sübutdur.
Qeyd edək ki, buna kimi dinozavrların məhz quyruqları vasitəsilə suda hərəkət etdikləri iddia olunurdu.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.