EN

“AzerGold” şəhid Muxtar Qasımlını yad edib

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Muxtar Qasımlının şəhadətinin 5-ci ildönümü münasibətilə məzarı ziyarət edilib.

Doğru.az xəbər verir ki, ziyarətdə “AzerGold” QSC-nin rəhbərliyi və kollektivi iştirak edərək Muxtar Qasımlının əziz xatirəsinə ehtiramlarını bildiriblər, məzarı önünə əklil və gül dəstələri düzüblər.

Muxtar Qasımlı “AzerGold” QSC-də mühafizə xidməti əməkdaşı olub, ehtiyatda olan zabit kimi 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Füzuli uğrunda döyüşlərdə iştirak edib. O, 2 oktyabr 2020-ci ildə Alxanlı kəndində qəhrəmancasına şəhid olub.

Baş leytenant Muxtar Qasımlı ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Rauf Əsgərov da “AzerGold” QSC-dən Vətən müharibəsində şəhid olan digər əməkdaşdır.

“AzerGold” QSC şəhidlərin xatirəsini hörmətlə yad edir və onların qəhrəmanlığını daim əziz tutur.

DOĞRU.AZ

Chosen
13
16
dogru.az

10Sources