EN

“Məktəbli avtobusları”nın qiymətindən narazılıq — MƏBLƏĞ

Məlum olduğu kimi, oktyabrın 1-dən etibarən Bakıda məktəblilərin daşınması məqsədilə həyata keçirilən “2school” layihəsinin icrasına başlanılıb.

KONKRET.az Yeni avaz-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlarda valideynlərin aylıq abunə haqqından narazılıq etdiyi görülür.

Qeyd edək ki, pilot mərhələdə layihə 8 dövlət və 3 özəl məktəb olmaqla ümumilikdə 11 təhsil müəssisəsini əhatə edir. Şagirdlərin daşınması üçün nəzrdə tutulan aylıq abunə haqqı məsafədən və gedişdən asılı olaraq 80-240 manat arasında dəyişir. Məsələn, bir şagirdi 5-10 km uzaqlıqda yerləşən məktəbə bir ay aparıb-gətirmək üçün valideyndən 180 manat ödəniş alınır. Bu isə o deməkdir ki, 5 günlük iş həftəsi olan məktəblərdə oxuyan şagirdlər üçün gündəlik yol pulu 8,2 manat (180/22 gün) təşkil edəcək. Müqayisə üçün bildirək ki, bu qiymət paytaxt ərazisində fəaliyyət göstərən taksi xidmətlərinin qiymətinə bərabərdir. Belə ki, əksər taksi xidmətlərində 1 km. məsafə üçün gediş haqqı təxminən 70-80 qəpik arasında dəyişir.

Məlumat üçün bildirək ki, “2school” SABAH.HUB İnnovasiya Mərkəzinin “SABAH studio” layihəsinə bağlı startapdır. SABAH.HUB İnnovasiya Mərkəzinin rəhbəri xarici işlər naziri Ceyhun Bayramovun oğlu Rəhim Bayramlıdır.

Chosen
9
9
konkret.az

10Sources