EN

Rusiya Çin vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

Rusiya, Pekinin son qərarına cavab olaraq, Çin Xalq Respublikasının vətəndaşları üçün vizasız rejim tətbiq edəcəyini açıqlayıb.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında bildirib.

Putin deyib ki, “güzgü effekti” prinsipinə əsaslanaraq Rusiyanın cavabı simmetrik olacaq.

Qeyd edək ki, Çin 15 sentyabr 2025‑ci ildən etibarən Rusiyanın adi pasportu olan vətəndaşları üçün 30 günə qədər vizasız rejim elan edib.

Chosen
12
anews.az

1Sources