EN

Mərhum aktyorun sevgi məktubu satıldı Foto

ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

ABŞ-də keçirilən hərracda amerikalı aktyor Ceyms Din tərəfindən yazılmış sevgi məktubu 32 500 dollara satılıb.

Axşam.az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.

İki səhifədən ibarət məktub Din tərəfindən aktrisa Barbara Qlennə 1954-cü ildə, onun faciəvi ölümündən bir il əvvəl Kaliforniyadan Nyu-Yorka göndərilib. Məktubda bu sözlər yazılıb:

“Özümü çox tənha hiss edirəm. Açıqcan çox gözəl qoxuyurdu, zəhmət olmasa, belə etmə".

O, həmçinin məktubda “Sisko” adlı sevimli atından da bəhs edib.

Qeyd edək ki, Ceyms Din və Barbara Qlenni ortaq dostları, aktyor Martin Landau tanış etmişdi. Onlar iki il münasibətdə olublar. Daha sonra Din Kaliforniyaya köçüb. Əvvəllər məktub Avropalı kolleksionerə məxsus olub.

Ceyms Din 1950-ci illərin əfsanəvi Amerika aktyorlarından biri olub. O, “Cənnətdən Şərqə”, “Səbəbsiz Üsyançı” və “Nəhəng” filmlərində rol alıb. Aktyor 24 yaşında avtomobil qəzasında həlak olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
axsam.az

1Sources