EN

Türkiyədə fabrikdə kütləvi zəhərlənmə olub

Türkiyənin Bartın şəhərindəki fabriklərin birində kütləvi zəhərlənmə olub.Bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, fabrikdə çalışan 14 işçi yeni quraşdırılmış maşından çıxan tüstüdən zəhərləniblər.

Onlarda ürəkbulanma, qusma, baş ağrısı qeydə alınıb.

Zəhərlənənlər xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin yaxşı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Chosen
10
4
anews.az

5Sources