EN

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin yekunlarına həsr edilmiş təntənəli mərasimdə iştirak edib (FOTO)

Bakı. Trend:

Oktyabrın 2-də VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsininyekunlarına həsr edilmiş təntənəli mərasim keçirilib.

Trend xəbər verirki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da iştirakedib.

2013-cü ildən etibarən artıq 7-ci dəfədir ki, Bakı BeynəlxalqMemarlıq Müsabiqəsinin keçirildiyini deyən Azərbaycan Memarlarİttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə ilk müsabiqədə 20ölkədən 100-dən çox layihənin təqdim olunduğunu xatırladıb. O,fikirlərinə belə davam edib: “Bu ənənəni davam etdirməyi qəraraaldıq və hər iki ildən bir təkrarladıq. Müsabiqədə iştirakedənlərin sayı ildən-ilə artırdı. Budəfəki müsabiqədə 40-a yaxınölkədən 270 layihə təqdim olunub. Bu müsabiqə Beynəlxalq Memarlarİttifaqının 5 ən nüfuzlu müsabiqələrindən biridir. Münsiflər heyətihər zaman 5 nəfərdən ibarət olub. Onlardan 4-ü Beynəlxalq Memarlarİttifaqı səviyyəsində tanınmış və təqdim olunmuş xariciekspertlərdir. Yeddi nominasiya üzrə keçirilən müsabiqə kifayətqədər mötəbərdir".

Mədəniyyət naziri Adil Kərimli Bakı Beynəlxalq MemarlıqMüsabiqəsi çərçivəsində dünyanın bir çox tanınmış memarlarının ikiildən bir paytaxtımızda toplaşaraq ən vacib məsələlərin həllindəbirgə iştirak etdiklərini və bu sahənin inkişafına öz töhfələriniverdiklərini bildirib.

“Prezident İlham Əliyev memarlığın inkişafına dayanıqlı vəhərtərəfli dəstək göstərir. Birinci vitse-prezident, Heydər ƏliyevFondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanmədəniyyətinin hamisidir. Mehriban xanım Əliyeva mədəniyyətin vacibsahələrindən biri kimi memarlığa da xüsusi diqqət yetirir, mədəniirsin qorunması, bərpası və onun gələcək nəsillərə çatdırılmasıişinə öz töhfəsini verir. Heydər Əliyev Fondunun vitse-prezidentiLeyla xanım Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu xanımƏliyeva da mədəniyyət sahəsində layihələri həm yaxındandəstəkləyir, həm də bütövlükdə mədəniyyət xadimlərinin, memarlarınən yaxın dostlarıdırlar", - deyə nazir qeyd edib.

Sonra müsabiqənin münsiflər heyətinin üzvləri AzərbaycanMemarlar İttifaqının ali mükafatı - akademik Mikayıl Hüseynovxatirə medalı ilə təltif olunublar.

Daha sonra müsabiqənin yekunları elan olunub. Hər nominasiyaüzrə üç yerin qalibi təltif edilib.

Tədbir bədii hissə ilə davam edib.

Chosen
13
12
az.trend.az

10Sources