Polşa F-35 qırıcılara uyğun AMRAAM D-tipli radar idarə olunan raketlərin alınmasını təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə Polşa milli müdafiə naziri Vladislav Kosinyak-Kamiş məlumat yayıb.
O bildirib ki, Polşa ABŞ-dan bu raketləri alan yeganə ölkədir.
Məlumata görə, alınan raketlərin sayı və qiyməti açıqlanmayıb, maliyyələşdirmə Müdafiə Qüvvələrinin Dəstək Fondundan həyata keçiriləcək. Polşa ABŞ-dan 32 F-35 qırıcısını artıq alıb, amma hələ ordunun xidmətinə verilməyib.