Musavat.com xəbər verir ki, politoloq Qədir Aslan TV Müsavat-ın canlı efirində qonaq olub. O, veriliş zamanı regional vəziyyət və Ukrayna müharibəsi ilə bağlı diqqətçəkən proqnozlar səsləndirib.
Ekspert bildirib ki, yaxın həftələrdə Rusiyanın hərbi potensialına ciddi zərbələr vurulacaq: “Növbəti həftələrdə Rusiyanın bütün hərbi infrastrukturu məhv ediləcək”, – deyə o vurğulayıb.
Qədir Aslanın sözlərinə görə, bu proses regiondakı qüvvələr balansını dəyişə və Moskvanın mövqeyini xeyli zəiflədə bilər.
Daha ətraflı açıqlamalarla videomaterialda tanış ola bilərsiniz.