BAKI, 3 oktyabr. TELEQRAF
İranın mərkəzində yerləşən İsfahan vilayətində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, zəlzələ Zavare şəhəri yaxınlığında baş verib.
Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub, Qum və Tehran sakinləri də yeraltı təkanları hiss ediblər.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib.