EN

Kupyansk uçurumun kənarında: Bu vaxt süqut edə bilər

2022-ci ilin sentyabrında Ukrayna qoşunları zəif olan Rusiyanın müdafiə mövqelərini ələ keçirərək, Xarkov vilayəti boyunca şimala, şərqə və cənuba doğru irəlilədi, Oskol çayına çatdı və dəmir yolu qovşağı olan Kupyansk şəhərini azad etdi. Lakin, üç il sonra şəhər yenidən işğal təhlükəsi ilə üz-üzə qalıb.

Axar.az xəbər verir ki, bu barədə “Radio Free Europe” nəşri yazıb.

“Biz tükəndirici müharibə vəziyyətindəyik. Həlledici amil yalnız dözmək, səbirlə düşmənin potensialını zəiflətməkdir, ancaq həlledici zərbə olmayacaq”, – deyə Fransanın analitik mərkəzi olan Strateji və Müdafiə Araşdırmaları İnstitutunun direktor müavini, hərbi ekspert Tibo Fuyye bildirib.

Qeyd olunur ki, əgər kəskin dəyişikliklər baş verməsə, o zaman Kupyanskın süqutu payız yağışlarının başlanğıcı ilə üst-üstə düşə bilər.

Məqalədə vurğulanır ki, əsasən Oskol çayının şərq sahilində möhkəmlənən Rusiya qoşunları bir neçə ay ərzində yavaş-yavaş şimala doğru irəliləyiblər, çünki onların komandirləri cəbhənin digər sahələrinə üstünlük veriblər.

Bildirilir ki, Kupyanskdan keçən mühüm dəmir yolu xətti Ukrayna qoşunlarının mövqelərini ölkənin ikinci ən böyük şəhəri olan Xarkovdan təchiz etməsinə imkan verir.

Chosen
23
1
axar.az

2Sources